Britaniyanın yeni müdafiə naziri atəş altında qaldı

Britaniyanın yeni müdafiə naziri atəş altında qaldı
  09 İyul 2024    Oxunub:920
Britaniyanın yeni müdafiə naziri Con Hili iyulun 7-də Ukraynaya ilk rəsmi səfəri zamanı təhlükəli anlar yaşayıb.
The Daily Mirror qəzetinin yaydığı məlumata görə, onun olduğu ərazi raket atəşinə məruz qalıb.

Məqalədə qeyd edilib ki, hadisə Odessada Volodimir Zelenski, Rustem Umerov və Con Hili arasında aparılan danışıqlar zamanı baş verib. Hava hücumu ilə bağlı həyəcan siqnalı səslənib. Bundan sonra onlar təcili zirzəmiyə sığınmağa məcbur olublar. Rəsmilər nə az, nə çox yarım saat sonra sığınacaqdan çıxa biliblər.

Xatırladaq ki, aprel ayında Almaniyanın iqtisadiyyat naziri və vitse-kansleri Robert Xabek Kiyevdəki bomba sığınacağında bir neçə saat qalmışdı. Vitse-kansler Almaniya nümayəndə heyəti ilə birlikdə həyəcan siqnalı ləğv edilənə qədər bomba sığınacağında təxminən bir saat yarım qalıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti