Braziliyada dopinq tapılmadı

Braziliyada dopinq tapılmadı
  09 İyul 2014    Oxunub:1146
Braziliyada keçirilən futbol üzrə Dünya Çempionatında iştirak edən futbolçular arasında dopinq qalmaqalı araşdırılıb.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, martın 1-dən iyunun 11-dək olan dövrdə 777 nümunə, iyunun 12-də başlanmış Dünya Çempionatı zamanı isə daha 232 nümunə götürülüb.

FİFA-nın Tibb departamentinin rəhbəri İrji Dvorjak futbolçulardan dopinq tapılmadığını deyib.

736 futbolçudan qan və sidik analizi götürülüb. Bütün təhlillər İsveçrədə Ümumdünya Antidopinq Agentliyinin laboratoriyasında aparılıb.

Braziliyada keçirilən Dünya Çempionatı futbolçuların bioloji pasportlarından istifadə olunduğu ilk çempionatdır. Məlumat bazasına 1324 oyunçu barədə informasiya daxil edilib.


Teqlər:





Xəbər lenti