Həyatımın “ən pis” günü – Skolari

Həyatımın “ən pis” günü – Skolari
  09 İyul 2014    Oxunub:1473
“Mən baş məşqçi kimi 7-1 kimi məğlubiyyəti unutmayacam, lakin mən bu vəzifəyyə təyin olunanda bunun məsuliyyətini yaxşı anlayırdım” – deyə, Braziliya millisinin baş məşqçisi Luiz Fellipe Skolari bildirib.
AzVision.az-ın məlumatına görə, bu barədə Braziliya millisinin baş məşqçisi Luiz Fellipe Skolari oyundan sonra təşkil olunan mətbuat konfransında bildirib.

Skolari Braziliya millisi tarixində ən ağır məğlubiyyəti belə açıqlayıb: “Oyuna hansı heyətin çıxacağını mən müəyyənləşdirmişəm. Bu mənim seçimim idi. Mən Braziliya xalqından bu cür oyuna görə, üzr istəyirəm”.

O, həmçinin, azərkeşlər üçün Dünya Çempionatında üçüncü yer uğrunda keçiriləcək oyunda qalib gəlmək üçün əllərindən gələni edəcəklərini bildirib: “Mən finala çıxa bilmədiyimizə görə təəssüflənirəm, lakin üçüncü yer uğrunda keçiriləcək oyunda qalib gəlməyə çalışacayıq”.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti