Gürcüstanda məhkumların 10 faizi azadlığa çıxacaq

Gürcüstanda məhkumların 10 faizi azadlığa çıxacaq
  20 İyul 2024    Oxunub:671
Gürcüstanda amnistiya nəticəsində məhkumların 10 faizi azadlığa çıxacaq.
Ölkə parlamentinin birinci oxunuşda qəbul etdiyi “Amnistiya haqqında” layihəsinə əsasən, Gürcüstanda bütün məhkumların təxminən üçdə birinin cəza çəkməkdən tamamilə azad ediləcəyi və ya cəza müddətinin azaldılacağı gözlənilir.

Bildirilir ki, bu gün Gürcüstanda 10 mindən çox inan məhkumluq həyatı yaşayır və qanunun qəbulundan sonra onların təxminən 10 faizi azadlığa buraxılacaq. Qanunun payız sessiyasında ikinci və üçüncü oxunuşlarda qəbul edilməsi nəzərdə tutulur. Qeyd edək ki, müxalifətin əksər deputatları parlamentin iclasına qatılmayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti