Piyadanı vurub qaçan sürücü yaxalanıb - Prokurorluq

Piyadanı vurub qaçan sürücü yaxalanıb - Prokurorluq
  19 Aprel 2013    Oxunub:1259
Hadisə yerindən qaçmış sürücü barəsində həbs qətimkan tədbiri seçilib
Xəbər verildiyi kimi aprelin 17-də saat 21:30 radələrində Zaqatala şəhərində naməlum sürücü idarə etdiyi avtomobillə 1937-ci il təvəllüdlü Bakı şəhər sakini Telman Qarəhmədovu vuraraq hadisə yerindən qaçıb, sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, fakta görə rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb, zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Rayon hüquq mühafizə orqanlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində idarə etdiyi “Niva” markalı avtomobillə hadisəni törətməkdə şübhəli bilinən Zaqatala şəhər sakini Həmzət Həsənov tutulub.
H.Həsənov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddələrində nəzərdə tutulan ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.



Teqlər:  





Xəbər lenti