FİFA-dan “Barselona”ya qadağa

FİFA-dan “Barselona”ya qadağa
  12 İyul 2014    Oxunub:1122
Braziliyada futbol üzrə dünya çempionatında baş vermiş hadisədən sonra FİFA-nın uruqvaylı Luis Suaresə tətbiq etdiyi sanksiyalar üzündən “Barselona” futbol klubuna komandanın yeni üzvü olan bu futbolçunun təqdimatını keçirmək qadağan edilə bilər.
“Barselona” indiyə qədər “Liverpul” klubunda oynayan Uruqvay yığmasının forvardı ilə beşillik müqavilə imzalayıb. L.Suares tibbi müayinədən keçmək üçün gələn həftə Barselonaya gələcək. FİFA dünya çempionatının matçında İtaliya yığmasının oyunçusu Corco Kyellinini dişlədiyinə görə ötən ay onu 9 matç diskvalifikasiya edib və dörd ay müddətinə futbolla bağlı hər hansı fəaliyyətdən kənarlaşdırıb.

L.Suaresin iştirakı ilə mətbuat konfransı və rəsmi təqdimat mərasimi FİFA-nın sanksiyalarının “futbolla bağlı hər hansı fəaliyyəti nəzərdə tutan hissəsi” ilə daban-dabana ziddir.

“Barselona” bu normativ çətinliyə görə yeni ulduz futbolçuların təqdimatını keçirmək adətindən imtina edə bilər.

Qeyd edək ki, 2013-cü ilin iyununda “Nou Kamp” stadionunda braziliyalı Neymarın təqdimatında “Barselona”nın 90 min azarkeşi iştirak edib. İspaniya futbol klubunun digər yeni üzvləri – Sesk Fabreqas, Zlatan İbrahimoviç və David Vilya da bu şəkildə təqdim olunublar.

AzVision.az


Teqlər:





Xəbər lenti