Ukrayna Kurskda yeni ərazi tutmayacaq - "Financial Times"

   Ukrayna Kurskda yeni ərazi tutmayacaq    - "Financial Times"
  16 Sentyabr 2024    Oxunub:1106
Ukrayna Kursk istiqamətində daha çox Rusiya ərazisini ələ keçirməyi planlaşdırmır.
Bu fikri Ukrayna Müdafiə Nazirliyinin nümayəndəsi “Financial Times”a açıqlamasında deyib.

Rusiya müttəfiqlərindən silaha görə asılı qalıb - "ISW"
O, qeyd edib ki, Ukrayna qüvvələri daha çox başqa tapşırıqların icrasına konsentrasiya olub.
“Ukrayna Kursk istiqamətində daha çox ərazi ələ keçirməyi planlaşdırmır. Əksinə, Kursk əməliyyatı elə planlaşdırılıb ki, əgər vəziyyət pisləşsə, Ukrayna qoşunları tez bir zamanda geri çəkilə biləcək”,- nəşr yazıb

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişib. Amma Ukrayna qoşunlarının ilk dəfə olaraq Rusiya ərazisinə girib Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna  





Xəbər lenti