ABŞ: "Bakı və İrəvan nümayəndələrinin görüşünü keçirməyə hazırıq"

      ABŞ:    "Bakı və İrəvan nümayəndələrinin görüşünü keçirməyə hazırıq"
  17 Sentyabr 2024    Oxunub:2052
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışıqlarına şərh verib.
O bu barədə mətbuata verdiyi brifinq zamanı danışıb. Nyu-Yorkda iki ölkə nümayəndələrinin mümkün görüşü barədə suala cavabında vurğulayıb ki, "Vaşinqton davamlı və ədalətli sülh naminə səyləri dəstəkləyir".

"Tərəflər sülh sazişinin imzalanması istiqamətində mühüm irəliləyiş qət ediblər. Onları bu, ya digər şəkildə dəstəkləməyə sadiqik. Əlbəttə, danışıqlara fayda verərsə, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşünü keçirmək üçün imkanlar axtarırıq", - Miller deyib.
Prezident İlham Əliyev Blinkenlə telefon danışığı aparıb

Xatırladaq ki, Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin ABŞ Dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə axırıncı görüşü iyulda baş tutub.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   Azərbaycan   Ermənistan   danışıqlar  





Xəbər lenti