Ər-Riyad öz mövqeyində israrlıdır

   Ər-Riyad öz mövqeyində israrlıdır
  19 Sentyabr 2024    Oxunub:1123
Səudiyyə Ərəbistanı paytaxtı Şərqi Qüdsdə olacaq müstəqil Fələstin dövləti yaranmadan İsraillə diplomatik əlaqələr qurmayacaq.
AzVision.az xəbər verir ki, Səudiyyə Ərəbistanının vəliəhdi və baş naziri Məhəmməd bin Salman Əl Səud belə deyib.

“Krallıq paytaxtı Şərqi Qüdsdə yerləşəcək müstəqil Fələstin dövlətinin yaradılması üçün səylərini dayandırmayacaq və bunsuz Krallığın İsraillə diplomatik əlaqələr qurmayacağını vurğulayırıq”, - vəliəhd və baş nazir bildirib.

Səudiyyə Ərəbistanının baş naziri vurğulayıb ki, Fələstin məsələsi krallığın diqqət mərkəzindədir. O, Fələstinin müstəqilliyini tanıyan ölkələrə minnətdarlığını bildirərək, digər dövlətləri də onlardan nümunə götürməyə çağırıb.

Ər-Riyad krallığın mövqeyinin İsraili tanımadığından və 1967-ci il sərhədlərin çərçivəsində paytaxtı Şərqi Qüdsdə olan Fələstin dövləti yaradılmayana və tanınmayana qədər Təl-Əvivlə diplomatik əlaqələr qurmayacağından ibarət olduğunu dəfələrlə vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Səudiyyə   Fələstin   İsrail  





Xəbər lenti