NYT: "Terrorçuların peycer istifadəsini Nəsrullah məqbul bilib"

      NYT:    "Terrorçuların peycer istifadəsini Nəsrullah məqbul bilib"
  19 Sentyabr 2024    Oxunub:1454
"Hizbullah" lideri Həsən Nəsrullah qruplaşmanın üzvləri arasında rabitə məqsədilə telefondan yox, peycerlərdən istifadəyə illərdir dəstək verib".
"The New York Times" qəzeti ABŞ kəşfiyyatına istinadən yazır ki, terror başçısı peycerlərdən istifadənin məxfilik baxımından daha təhlükəsiz olduğu qənaətində imiş. Çünki onun vasitəsilə rabitə zamanı istifadəçinin yerini aşkarlamaq mümkün deyil.

"İsrail tərəfi mobil telefonlara kiberhücum imkanlarını təkmilləşdirdiyi üçün Həsən Nəsrullah artıq müttəfiqlərindən də gələn adsız mesajlara şübhə ilə yanaşıb. Odur ki qruplaşma üzvlərinə telefon istifadəsini qadağan edərək, planlar barədə məlumatın telefonla, o cümlədən şifrəli mesajlaşma proqramları vasitəsilə ötürülməməsi ilə bağlı əmr verib", - ABŞ kəşfiyyatının adı açıqlanmayan nümayəndələri qəzetə bildiriblər.
İsrail "Hizbullah"a məxsus peycerləri partladıb: 3 min yaralı - FOTOLAR - YENİLƏNİB

Xatırladaq ki, ötən gün Livanda fəaliyyət göstərən "Hizbullah" terror təşkilatına aid peycerlərə yerləşdirilmiş partlayıcılar işə düşüb. Nəticədə 30-dan artıq insan həyatını itirib, 4 minə yaxın insan xəsarət alıb. "Hizbullah" bu hadisədə İsraili günahlandırsa da, qarşı tərəfdən hələlik açıqlama verilməyib.

Qruplaşma rəhbəri Həsən Nəsrullahın bu gün yerli saatla 17:00-da hadisə ilə əlaqədar televiziyada çıxışı gözlənilr.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Livan   Hizbullah   İsrail   partlayış  





Xəbər lenti