Kiyev Sikorskinin ideyasına qarşı çıxdı

   Kiyev Sikorskinin ideyasına qarşı çıxdı
  19 Sentyabr 2024    Oxunub:1011
Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak Polşanın Xarici İşlər naziri Radoslav Sikorskinin Krım yarımadasını BMT-nin mandatına verilməsi barədə fikrini tənqid edib.
AzVision.az xəbər verir ki, Andrey Yermak öz Telegrma-kanalında Krım yarımadasının Ukrayna ərazisi olduğunu Sikorskinin diqqətinə çatdırıb.

“Krım – Ukraynadır. Rusiya beynəlxalq hüququ pozub və buna göə cavab verməlidir”, - Ukrayna prezidentinin ofisinin rəhbəri yazıb.

Varşavanın Krımla bağlı gözlənilməz təklifi
Qeyd edək ki, Sikorski YES-in (Yalta European Strategy) Kiyevdə keçirilən20-ci illik toplantısında Krıma nəzartəin BMT mandatı altına verilməsi və təxminən 20 ildən sonra yarımadanın kimə məxsus olması barədə “ədalətli referendum” keçirilməsi ideyasını səsləndirib.

Bundan əvvəl isə Rusiyanın Xarici İşlər nazirliyinin rəsmisi Mariya Zaxarova Rusiyanın regionlarının Ukraynadakı münaqişənin həlli üçün danışıqlar mövzusu olmadığını açıqlamışdı. Diplomat daha əvvəl Ankaranın Krımı Rusiyanın bir hissəsi kimi tanımadığını bildirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərini belə şərh edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Krım   Sikorski   Yermak  





Xəbər lenti