Kiyevə 35 milyard avroluq kredit ayrılır

Kiyevə 35 milyard avroluq kredit ayrılır
  20 Sentyabr 2024    Oxunub:1153
Avropa Komissiyası G7 ölkələrinin əldə etdiyi razılaşma çərçivəsində Kiyevə 35 milyard avro həcmində kredit ayıracaq.
“Financial Times” qəzetinin yaydığı məlumata görə, kreditin məbləğini Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen Kiyevə səfəri zamanı açıqlayıb.

“Avropa Komissiyası G7 öhdəlikləri çərçivəsində Ukraynaya 35 milyard avro kredit təqdim edəcək. Bu, Ukraynanın bərpasına Avropa İttifaqının daha bir mühüm töhfəsi olacaq”, - deyə o bildirib.

Təşəbbüs G7-nin Rusiyanın dondurulan aktivlərindən əldə edilən gəlirdən Kiyevə 50 milyard dollar ayırmaq planı çərçivəsində həyata keçiriləcək. Məbləğin 35 milyard avro olması Macarıstanın vetosundan yan keçmək və ABŞ-ın iştirakından asılı olmayaraq kredit vermək üçün kompromisdir.

Kredit Ukraynaya verilmədən öncə Avropa İttifaqı ölkələrinin əksəriyyəti və Avropa Parlamenti tərəfindən 2024-cü ilin sonunadək təsdiqlənməlidir.
AzVision.az



Teqlər:





Xəbər lenti