İTV-nin baş direktoru dəyişdi

İTV-nin baş direktoru dəyişdi
  19 Aprel 2013    Oxunub:1128
"Mən çox böyük zəhmət, əzab-əziyyət hesabına ərsəyə gəlmiş milli, demokratik şəffaq bir institutun reytinqinə, nüfuzuna baş direktor olmaq xatirinə kölgə sala bilmərəm".
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov telekanalın baş direktorunun seçilməsi ilə bağlı élan olunmuş müsabiqədə iştirak etməyəcək.

İsmayıl Ömərov deyib ki, daha telekanalın baş direktoru seçilmək istəmir:
"Mənə belə gəlir ki, qanunda Baş direktorun təkrar-təkrar seçilməsi nəzərdə tutulsa da, iki dəfə kifayətdir. Əvvəla Yayım Şurasının üzvləri də iki dəfə seçilir. Baş direktor niyə çox seçilməlidir? İctimai Teleradio Azərbaycanda yeni, dünyəvi bir modeldir və bu Avropa televiziya sisteminə inteqrasiya etmiş yeganə Azərbaycan kanalıdır. İndi onun Avropa ölkələrində çoxsaylı partnyorları var. Mən çox böyük zəhmət, əzab-əziyyət hesabına ərsəyə gəlmiş milli, demokratik şəffaq bir institutun reytinqinə, nüfuzuna baş direktor olmaq xatirinə kölgə sala bilmərəm. Ona görə də namizədliyimi verməyəcəm. Kim seçilsə, ona kömək etməyə hazıram. Təki İctimai Teleradionun milli strateji xətti qorunsun".(modern.az)


Teqlər:  





Xəbər lenti