XİN başçılarının Nyu-York görüşünün vaxtı müəyyənləşdi
26 Sentyabr 2024
Oxunub:410
BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ABŞ-nin dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş bu gün Bakı vaxtı ilə 18:15-də keçiriləcək.
Bu barədə ABŞ Dövlət Departamentinin saytında dərc edilən məlumatda qeyd olunur. Məlumat üçün əlavə edək ki, Azərbaycan və Ermənistan XİN başçıları sonuncu dəfə bu ilin iyulunda Vaşinqtonda NATO sammiti çərçivəsində görüşüblər.