İrəvandakı “Rossiya Mall”da terror həyəcanı

İrəvandakı “Rossiya Mall”da terror həyəcanı
  26 Sentyabr 2024    Oxunub:345
İrəvanda yerləşən “Rossiya Mall” ticarət mərkəzinə bomba qoyulması ilə bağlı informasiya yayılıb.
AzVision.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a ticarət mərkəzinin əməkdaşlarından biri məlumat verib.

Qeyd edilib ki, bütün işçilər və mola gələnlər təxliyə edilib.
Hadisə yerdində olan Sputnik Ermənistanın müxbiri isə deyib ki, ticarət mərkəzinin yaxınlığında vəziyyət nəzarət altındadır. Yeraltı keçidlər və metronun girişi adi qaydada işləyir.
"Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir, digər təfərrüatlar barədə hələlik məlumat verilmir", - nəşr yazıb.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti