"Hizbullah" sərhəddə İsrail əsgərlərini raketlə vurub

"Hizbullah" sərhəddə İsrail əsgərlərini raketlə vurub
  01 Oktyabr 2024    Oxunub:1165
"Hizbullah" hərəkatı sərhəddə yerləşən Metula şəhərindəki İsrail əsgərlərinə qarşı əməliyyat keçirdiyini açıqlayıb.
Bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, hərəkat tərəfdarları İsrail əsgərlərinin toplaşdığı yerə raket zərbəsi endirib. Əməliyyatın digər təfərrüatları açıqlanmayıb.

Xatırladaq ki, oktyabrın 1-nə keçən gecə İsrail Müdafiə Qüvvələri (TSAXAL) Telegram kanalında Livanın cənubunda "Hizbullaha" qarşı məhdud quru reydlərinin başladığını elan edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti