"İsrailə hücum barədə Məsud Pezeşkiana məlumat verilib" - Politoloq

   "İsrailə hücum barədə Məsud Pezeşkiana məlumat verilib" -    Politoloq
  03 Oktyabr 2024    Oxunub:1148
İran prezidenti Məsud Pezeşkiana oktyabrın 1-də axşam saatlarında İsrailə endirilən raket zərbələri barədə məlumat verilmədiyi iddia edilir. Bu barədə “The New York Times” qəzeti məlumat yayıb. ABŞ nəşri bunu əməliyyatla bağlı İran rəhbərliyində mümkün parçalanma ilə izah edib.
Mövzu ilə bağlı danışan "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, “The New York Times” qəzetinin iddiasının nə dərəcədə həqiqətə uyğun olduğunu söyləmək çətindir:

Lapid: "Tehrana cavabımız ağır olacaq"
"Bu İrana qarşı informasiya müharibəsinin tərkib hissəsi ola bilər. Fikrimcə, İsrailə hücum barədə Prezident Məsud Pezeşkiana məlumat verilib, sadəcə hücum qərarıyla bağlı onun rəyi öyrənilməyib, o fakt qarşısında qoyulub. Zərbə endirildikdən sonra isə Məsud Pezeşkian hücumu dəstəkləyən fikirlər paylaşmaq məcburiyyətində qalıb.

Ancaq Pezeşkian İsrailin cavab zərbələrinin İrana hansı zərər vuracağını da anlamamış deyil. Pezeşkian seçiləndə beynəlxalq aləmlə münasibətləri nizamlayacağını, iqtisadi vəziyyəti düzəldəcəyini vəd etmişdi. İsraillə müharibə bu planların üstündən xətt çəkəcək".

Xatırladaq ki, oktyabrın 1-i axşam saatlarında İsrail Müdafiə Qüvvələrinin (TSAXAL) mətbuat xidməti ölkənin hücuma məruz qalması barədə məlumat yayıb. TSAXAL İranın İsrailə kütləvi raket hücumuna başladığını elan edib. “The Jerusalem Post” qəzeti yazıb ki, əməliyyatlar zamanı İran tərəfi İsrail ərazisinə 400-ə yaxın raket zərbəsi endirib. Hücumun hədəflərindən biri də Təl-Əviv şəhəri olub.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   İsrail   İran   müharibə  





Xəbər lenti