Quranı yandıran rusiyalı dövlətə xəyanətdə ittiham olunur

   Quranı yandıran rusiyalı dövlətə xəyanətdə ittiham olunur
  03 Oktyabr 2024    Oxunub:1127
Qurani-Kərimi yandırmaqda təqsirli bilinən rusiyalı Nikita Juravel barəsində dövlətə xəyanət maddəsi ilə də cinayət işi açılıb.
AzVision.az Rusiya Baş prokurorluğunun saytında yerləşdirilən məlumata istinadən xəbər verir ki, Volqoqrad vilayətinin prokurorluğu Juravelə qarşı ittihamnaməni artıq təsdiqləyib.

İstintaqın məlumatına əsasən, Juravel adı açıqlanmayan messencer vasitəsilə “təşəbbüskar kimi Ukrayna təhlükəsizlik xidmətinin nümayəndəsinə əməkdaşlıq təklif edib”. Prokurorluq bildirir ki, 2023-cü ilin martında Juravel həmin messencerə Rusiya silahlı qüvvələrinin hərbi texnikası və hərbi təyyarələrini daşıyan qatarın videoyazılarını göndərib. Bundan əlavə, o, hərbi hissələrdən birinin xidməti maşınının hərəkəti ilə bağlı məlumatlar ötürməkdə ittiham olunur. Mahiyyəti üzrə baxılması üçün cinayət işi Volqoqrad vilayət məhkəməsinə göndərilib.

Qeyd edək ki, Nikita Juravel ötən ilin mayında saxlanılıb. İstintaqın dediyinə görə, o, Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə Volqoqraddakı Kafedral məscidinin qarşısında Qurani-Kərimi yandırdıqdan sonar bu hərəkətinin videoyazısını Ukrayna Müdafə nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əməkdaşına verib. İşin istintaqı demək olar ki, dərhal Çeçenistana verilib. Eyni zamanda Juravel Qroznı istintaq təcridxanasına köçürülüb.

Bu ilin fevral ayının sonunda Qroznının Visaitovski məhkəməsi Nikita Juraveli 3,5 il müddətinə azadlıqdan məhrum edib. 20 yaşlı Juravel dindarların hisslərini təhqir etmə və dini ədavət zəminində xuliqanlıq maddələri ilə təqsirli bilinib. Juravel birinci ittiham üzrə özünü təqsirli bilsə də, ikinci ittihamı rədd edib.

Rusiya Femidasının Qurani-Kərimi yandıran Juravelə qarşı sərt mövqeyi həm hüquqi, həm də məntiqi baxımdan tam əsaslıdır. Çünki ploietnokofessional dövlət olan Rusiya Federasiyasında müsəlmanların Müqəddəs kitabını yandırmaq ölkədə millli və dini zəmində ədavətin qızışmasına yol aça bilər ki, bu da Ukrayna müharibəsi fonunda daxili gərginliyin yaranmasına səbəb olacaq. Bu baxımdan, Qurani-Kərimi uandıran Nikita Juravelin məhz xarici kəşfiyyat orqanlarının göstərişi ilə bu cinayəti törətməsi ehtimalı çox böyükdür.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Juravel   Quran   xəyanət  





Xəbər lenti