Rusiya bir qrup vətəndaşını Beyrutdan çıxarıb - VİDEO

   Rusiya bir qrup vətəndaşını Beyrutdan çıxarıb -    VİDEO
  03 Oktyabr 2024    Oxunub:1319
Rusiya Fövqəladə Hallar Nazirliyinin xüsusi qrupu Livanın paytaxtı Beyrutdan 60 vətəndaşı (bu ölkədə xidmət göstərən diplomatik işçilərin ailə üzvlərini) evakuasiya edib.
Rusiya Prezidenti Vladimir Putinin göstərişinə və fövqəladə hallar naziri Aleksandr Kurenkovun tapşırığına əsasən həyata keçirilən evakuasiya çərçivəsində daha çox uşaqlar və qadınlardan ibarət vətəndaşlar şəhərə humanitar yardımın gətirildiyi "İl-76" təyyarəsi ilə ərazidən köçürülüblər. Onların yaxın saatlarda Moskvaya gətiriləcəkləri bildirilir.
Rusiya Beyruta 33 ton humanitar yardım göndərdi - VİDEO

Yeri gəlmişkən, Rusiya həmin təyyarə ilə Beyruta 33 ton həcmində humanitar yardım (ərzaq, dərman, ilkin tələbat malları və 80 kVt gücündə elektrik stansiyaları) çatdırıb.

Xatırladaq ki, "Hizbullah"ın 1994-cü ildən bəri lideri Həsən Nəsrullah sentyabrın 28-də İsrail Hərbi Hava Qüvvələrinin Livanın paytaxtı Beyruta endirdiyi aviazərbə nəticəsində ölüb. Bu sui-qəsd ötən ilin oktyabrından bəri Qəzza zolağındakı müharibəyə paralel şəkildə başlamış İsrail-"Hizbullah" toqquşmalarını yeni mərhələyə keçirib. Belə ki, İsrail Silahlı Qüvvələri oktyabrın 1-də Livana qarşı qurudan əməliyyata başlayıb. Öz növbəsində, "Hizbullah"ı dəstəkləyən İran İsrailə qarşı genişmiqyaslı raket hücumu həyata keçirib ki, bu da Yaxın Şərqdə ümumi vəziyyəti daha da gərgin hala gətirib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Rusiya   Livan   münaqişə   evakuasiya  





Xəbər lenti