Zaporojye AES-in mühafizə rəisi öldürüldü - VİDEO

   Zaporojye AES-in mühafizə rəisi öldürüldü    - VİDEO
  04 Oktyabr 2024    Oxunub:498
Zaporojye Atom Elektrik Stansiyasının (ZAES) təhlükəsizlik idarəsinin rəhbəri öldürülüb.
Bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi Telegram kanalında məlumat yayıb. Qeyd edilib ki, onun maşını partladılıb.

Akimovkanın eks-rəhbərinin maşını partladıldı -VİDEO
İstintaqın məlumatına görə, o, oktyabrın 4-də Enerqodardakı Kaştanov bulvarında, evin yaxınlığında avtomobilini saxlayarkən maşının altına əldəqayırma partlayıcı qurğu qoyulub.

“Qurban avtomobilinə minib sürməyə başlayanda partlayıcı işə düşüb. Mühafizə rəizi aldığı ağır xəsarətlərdən xəstəxanada dünyasını dəyişib”, - İstintaq Komitəsinin məlumatında qeyd edilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   AES   Partlayış  





Xəbər lenti