"Hizbullah"ın kommunikasiya şöbəsinin rəhbəri də öldürüldü

 "Hizbullah"ın kommunikasiya şöbəsinin rəhbəri də öldürüldü
  04 Oktyabr 2024    Oxunub:1324
Oktyabrın 3-də İsrail ordusu Beyrutda uğurlu əməliyyat həyata keçirib.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin (TSAXAL) mətbuat xidməti Telegramda məlumat yayıb. Bildirilib ki, "Hizbullah"ın kommunikasiya şəbəkələri şöbəsinin rəhbəri Məhəmməd Rəşid Səqafi məhv edilib.

TSAXAL: "HƏMAS-ın Qəzzadakı hökumət başçısı öldürülüb"
Səqafi 2000-ci ildən "Hizbullah"ın kommunikasiya şəbəkələrinin idarə olunmasına cavabdeh idi.

Qeyd edək ki, TSAXAL oktyabrın 3-də daha bir neçə mühüm şəxslərin aradan götürüldüyünü bəyan etmişdi. Bildirilirdi ki, üç ay əvvəl Qəzza zolağında HƏMAS hökumətinin başçısı ilə yanaşı Fələstin hərəkatının iki yüksək rütbəli nümayəndəsi də öldürülüb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İsrail   Hizbullah  





Xəbər lenti