ABŞ Məxfi Xidmətinin əməkdaşları kütləvi şəkildə işdən çıxırlar

   ABŞ Məxfi Xidmətinin əməkdaşları kütləvi şəkildə işdən çıxırlar
  04 Oktyabr 2024    Oxunub:1241
ABŞ-da Məxfi Xidmətin əməkdaşları həddən artıq iş yükü ucbatından kütləvi şəkildə işdən gedirlər. Nəzticədə şöbədə qalan əməkdaşların işi daha da çətinləşir.
AzVision.az xəbər verir ki, Amerikanın “The New York Times (NYT)” qəzetində dərc olunan materialda Məxfi Xidmətin sıralarının seyrəldiyinin müşahidə edildiyi vurğulanır.

“Çətin il (2024) yaxınlaşdıqca xidmət böyümək əvəzinə ixtisar olunurdu. 2022 və 2023-cü maliyyə illərində 7800 işçidən ən azı 1400-ü işdən gedib ki, bu da son iyirmi ildə agentlikdən ən böyük kadr axınıdır”, - qəzet yazır.

Materialın müəllifləri qeyd edirlər ki, Birləşmiş Ştatlarda beynəlxalq və seçki tədbirlərinə dəstək vermək kimi böyük vəzifə ilə üzləşdiyi bir vaxtda cari il departamentin qarşısında xüsusi təhdidə çevrilib. İxtisarlar fonunda məlum olub ki, xidmətdə təcrübəli kadrlar ehtiyatı yoxdur və qurum mövcud işçi itkisini kompensasiya etmək iqtidarında deyil.

Tramp: "Öldüyümü düşünürdüm"
İki həftə əvvəl ABŞ-nin Məxfi Xidməti etiraf edib ki, onun zabitləri iyul ayında prezidentliyə namizəd Donald Trampa qarşı sui-qəsd zamanı bir sıra ünsiyyət və koordinasiya səhvlərinə yol veriblər. Bundan əvvəl təhlükəsizlik üzrə ekspertlər Amerikanın Məxfi Xidmətinin işini tənqid edərək, sentyabrda keçmiş prezident Donald Trampa daha bir sui-qəsd cəhdi ilə bağlı vəziyyəti departamentin tam uğursuzluğu adlandırıblar.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Məxfi-Xidmət   kadrlar  





Xəbər lenti