Gələn ay Gürcüstan qarışacaq? - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi

Gələn ay Gürcüstan qarışacaq?    - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi
  04 Oktyabr 2024    Oxunub:1323
ABŞ-nin Gürcüstandakı səfirliyi bu ölkədə yaşayan amerikalılara xəbərdarlıq xarakterli elektron məktublar göndərib.
Gürcüstanın “İmedi” telekanalının yaydığı məlumata görə, səfirlik amerikalıları parlament seçkiləri günü, oktyabrın 26-da insanların çox olduğu yerlərə getməməyə çağırıb.

Telekanalın əldə etdiyi məktubda deyilir ki, seçki günü kortəbii mitinqlər, eləcə də aksiyalara qarşı tədbirlərin keçirilməsi mümkündür: "Gürcüstanda əvvəllər də özündə zorakılıqlar ehtiva edən planlaşdırılmamış, kortəbii etirazlar baş verib. Böyük izdihamlar əvvəlcədən proqozlaşdırıla bimir və kontraksiyalar, nümayişçilərlə polis arasında qarşıdurmalar xəbərdarlıq edilmədən baş verə bilər".
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti