Makronun dəhşətli proqnozu

Makronun    dəhşətli    proqnozu
  04 Oktyabr 2024    Oxunub:1316
Avropa İttifaqı (Aİ) ABŞ və Çinlə rəqabətə davamlı olmasa, “ölə bilər”.
AzVision.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, Berlin Qlobal Dialoqunda çıxışında Fransa prezidenti Emmanuel Makron belə fikir səsləndirib.

Avropa İttifaqının (Aİ) həddindən artıq tənzimlədiyini və az sərmayə qoyduğunu deyən Makron, Vaşinqton və Pekinin iqtisadi artım və investisiyalarda Avropa Birliyini qabaqladığını vurğulayıb. Onun fikrincə, Aİ-yə üzv ölkələr həm də qlobal ticarət qaydalarının ədalətli qalmasında israrlı olmalıdırlar.

“Aİ ölə bilər, biz çox vacib bir anın astanasındayıq. Köhnə modelimiz bitdi - biz həddindən artıq tənzimləyirik və az investisiya edirik. Yaxın iki-üç ildə klassik gündəliyimizə sadiq qalsaq, bazardan çıxacağıq”, - Fransa prezidenti xəbərdarlıq edib.

O, həmçinin Aİ-yə üzv dövlətləri Amerika şirkətləri ilə rəqabət apara biləcək transsərhəd şirkətlərin yaradılmasını təşviq etməyə çağırıb.

“Bloomberg” nəşri Makronun iddialarının Fransa iqtisadiyyatında yaranmış problemlərdən qaynaqlandığını vurğulayıb.

- Öz daxili maliyyə təzyiqi ilə üzləşən Makron, yeni hökumətinin strategiyasını dəstəkləyərək, biznes tərəfdarı mövqeyindən uzaqlaşmaq bahasına belə, Fransanın ən böyük şirkətlərinə müvəqqəti vergi tətbiq olunması təklifini təsdiqlədi”, - agentlik Makronun iddiasının mahiyyətini ifşa edir.

Xatırladaq ki, “münəccimlik” mərəzinə tutulmuş Emmanuel Makron təxminən 5 il əvvəl Böyük Britaniyanın “The Economist” qəzetinə müsahibəsində NATO hərbi-siyasi bıokunun “beyninin ölümü” vəziyyətində olduğunu bildirmişdi. Amma onun iddiasına rəğmən, beyni daha da itiləşən Şimali Atlantika Alyansı hətta öz sıralarını genişləndirir də.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Makron   proqnozlar   fiasko  





Xəbər lenti