İsrail ordusu Livanın cənubuna yeni zərbələr endirib

 İsrail ordusu Livanın cənubuna yeni zərbələr endirib
  05 Oktyabr 2024    Oxunub:1137
"İsrail Hərbi Hava Qüvvələri şiə təşkilatı olan "Hizbullah"ın Livanın cənubundakı hədəflərinə bir sıra yeni zərbələr endirib".
Bu barədə İsrail ordusunun mətbuat xidməti Telegram kanalında məlumat yayıb.

Bildirilib ki, hədəflər arasında silah anbarları, raket buraxılış qurğuları və digər hərbi infrastruktur olub.

"Hizbullah"ın kommunikasiya şöbəsinin rəhbəri də öldürüldü
"Şiə təşkilatının silahlı tərəfdarlarının dəstələrinə də zərbələr endirilib", - məlumatda qeyd edilib.
Mətbuat xidməti vurğulayıb ki, İsrail Müdafiə Qüvvələri (TSAXAL) Livanda "Hizbullah"ın infrastrukturuna hücumları bundan sonra da davam etdirəcək və hərəkatın hərbi potensialını zəiflədəcək.

Sentyabrın 23-də İsrail Livanda qabaqlayıcı hücum əməliyyatına başladığını elan etdi. Sentyabrın 28-də İsrailin hava zərbəsi nəticəsində "Hizbullah" lideri Həsən Nəsrullah öldürüldü.

Oktyabrın 1-nə keçən gecə isə İsrail ordusu Livanın cənubundakı sərhəd bölgəsindəki "Hizbullah" hədəflərinə qarşı "məhdud, lokallaşdırılmış və məqsədyönlü reydlərin” başladığını elan edib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   İsrail   Livan   Hizbullah  





Xəbər lenti