Politico: "ABŞ İsrailə silah təchizatını dayandırmayacaq"

      Politico:    "ABŞ İsrailə silah təchizatını dayandırmayacaq"
  17 Oktyabr 2024    Oxunub:811
"ABŞ Qəzza zolağına qida və dərmanların göndərilməsinə qoyullmuş qadağaya görə İsrailə qarşı silah embarqosu ehtimalını nəzərdən keçirməyəcək".
Bu sözləri Bayden administrasiyasının Yaxın Şərq üzrə adı bildirilməyən humanitar yardım nümayəndəsi "Politico" xəbər saytına açıqlamasında söyləyib. O vurğulayıb ki, sözügedən məsələ Birləşmiş Millətlər Təşkilatında qaldırılanda da ABŞ Sülh İnstitutunun prezidenti Liz Qrandi "Vaşinqtonun İsrailə yardımdan imtina etməyəcəyini" dilə gətirib.

Digər tərəfdən, Vaşinqton bu həftə İsrailin müdafiə naziri Yoav Qallanta Qəzzada 30 gün ərzində artan humanitar böhranla bağlı xəbərdarlıq məktubu göndərib.

"Böhranın həlli istiqamətində əhəmiyyətli addımlar atılmasa, ABŞ-nin İsrailə davamlı silah təchizatın sual altında qalacaq", - məktubda diqqətə çatdırılır.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   İsrail   Qəzza   silah  





Xəbər lenti