Paşinyana qarşı “kamikadze dəstələri” yaratmaq təklif olunub

Paşinyana qarşı    “kamikadze dəstələri”    yaratmaq təklif olunub
  18 Oktyabr 2024    Oxunub:1074
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının işinin reqlamentinə, habelə “Müstəqillik Bəyannaməsinin qeyri-müəyyən aktuallığı haqqında” layihəsinə dair parlament dinləmələrində baş nazir Nikol Paşinyandan və onun əmrlərindən “istənilən yolla” “qurtulmaq” təklif edilib.
Erməni mediasına istinadən xəbər verir ki, belə təklif Ermənistanın sabiq deputatı Ruben Akopyan belə çağırış edib.

"Beynəlxalq normalar və Konstitusiyamızın 3-cü maddəsində deyilir ki, dövlət və dövlət qurumları sənin hüquqlarını, ləyaqətini qorumursa, ancaq tapdalayırsa, sənin üsyan etmək haqqın var. Daha doğrusu, təbiətin verdiyi konstitusion hüququnuzdan istifadə etməlisiniz. Məhz, özünü müdafiə etmək, mövcud beynəlxalq normalara görə, üsyan adlanır. Biz üsyan etməliyik, ayağa qalxmalıyıq”, - keçmiş deputat bildirb.

Onun fikrincə, Ermənistanda konstitusiya quruluşunu qorumaq üçün hakimiyyət orqanları mütləq qovulmalıdır. “Nəyin bahasına olursa olsun” üsyan etmək lazımdır. “Nəyin bahasına olursa olsun” ifadəsi isə, bu hakimiyyəti və onun nümayəndələrini qovmalı olan “kamikadze dəstələri” yaratmaq deməkdir.

Sahil İsgəndərov


Teqlər: Akopyan   Paşinyan   kamikadzelər  





Xəbər lenti