Şolz: "NATO-nun münaqişəyə cəlb olunması fəlakətə gətirib çıxaracaq"

    Şolz:  "NATO-nun münaqişəyə cəlb olunması fəlakətə gətirib çıxaracaq"
  18 Oktyabr 2024    Oxunub:287
"Şimali Atlantika Alyansının Ukrayna münaqişəsinə qarışması fəlakətə gətirib çıxaracaq, belə prosesin qarşısı alınmalıdır".
Bunu Almaniya kansleri Olaf Şolz Berlində ABŞ prezidenti Cozef Baydenlə birgə keçirdiyi mətbuat konfransında deyib.

Acı etiraf: “ABŞ Ukraynanı qurban verir”
"Bizim bu məsələlərlə bağlı mövqeyimiz aydındır. Biz Ukraynanı mümkün qədər dəstəkləyirik. Eyni zamanda, NATO-nun münaqişə tərəfinə çevrilməməsini, bu müharibənin daha böyük fəlakətə gətirib çıxarmamasını təmin edirik", -o qeyd edib.

Qeyd edək ki, ABŞ prezidenti Berlində çıxışı zamanı bu qışın Ukrayna üçün çətin keçəcəyini deyib. Onun sözlərinə görə, bu ölkənin müttəfiqləri onu dəstəksiz qoymamalıdır. Bayden Ukraynaya kömək etdiyinə görə Almaniya hakimiyyətinə də təşəkkür edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   NATO   Ukrayna  





Xəbər lenti