Ərdoğan “3+3” formatında iclasa qatılan XİN rəhbərlərini qəbul edib

Ərdoğan “3+3” formatında iclasa qatılan XİN rəhbərlərini qəbul edib
  18 Oktyabr 2024    Oxunub:643
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “3+3” formatında iclasa qatılan xarici işlər nazirlərini qəbul edib.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Görüşdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, İranın xarici işlər naziri Abbas Arakçi və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov iştirak edib.

Qeyd edək ki, Türkiyədə "3+3" regional platforması üzrə XİN rəhbərlərinin iclası başlayıb. İclasda Azərbaycan, Ermənistan, İran və Rusiya xarici işlər nazirləri iştirak edir.

AzVision.az



Teqlər:





Xəbər lenti