Stil: "COP29 iqlim maliyyəsi üzrə yeni hədəfə yönəlməlidir"

      Stil:    "COP29 iqlim maliyyəsi üzrə yeni hədəfə yönəlməlidir"
  19 Oktyabr 2024    Oxunub:1213
"İqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi üzrə yeni hədəf ümumi ehtiyacımızdır".
Bu sözləri Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil ABŞ-nin Brukinqs İnstitutunda iqlim maliyyəsi ilə bağlı çıxışı zamanı dilə gətirib.

"İqlim maliyyəsi qlobal iqtisadiyyatı, milyardlarla insanın həyatını və dolanışıq vasitələrini iqlim dəyişikliyinin dağıdıcı təsirlərindən qorumaq üçün açardır. Hamılıqla daha iddialı iqlim fəaliyyətinin böyük faydalarının: daha güclü iqtisadi artım, daha çox iş yerləri, daha yaxşı sağlamlıq, təhlükəsiz və əlverişli təmiz enerji imkanının bütün ölkələr üçün əlçatan olması naminə çalışmalıyıq", - katib vurğulayıb.

Onun sözlərinə görə, Bakıda keçiriləcək BMT İqlim Dəyişikliyi Konfransı (COP29) məhz bu məqsədə xidmət etməlidir.

"COP29-da ölkələr inkişaf etməkdə olan digər ölkələrin ehtiyaclarına həqiqətən cavab verən beynəlxalq iqlim maliyyəsi üçün yeni hədəf barədə razılığa gəlməlidir. Bu konfrans məhz bu məqsəd üçün vacib sayılan fəaliyyət konfransı olmalıdır. Beynəlxalq iqlim maliyyəsi hazırkı anı qarşılamaq üçün böyüməli və güclənməlidir", - Stil bildirib.

Firudin Həmidli
AzVision.az


Teqlər: BMT   COP29   Bakı  





Xəbər lenti