İsrailin xarici işlər naziri İsrael Kats bildirib ki, ölkəsində Fransa prezidenti Emmanuel Makrona qarşı cinayət işi açılacaq. Səbəb Makronun İsrail şirkətlərinin Fransadakı hərbi dəniz qüvvələri sərgisində iştirakını qadağan etməsidir.
“Dost ölkələrin arasında belə qeyri-demokratik addımlar yolverilməzdir. Mən Fransa prezidentini bu cür qərarların hamısını tam şəkildə ləğv etməyə çağırıram” - İsrael Kats “Х” sosial şəbəkəsindəki hesabında yazıb.
Qeyd edək ki, Fransanın İsrail şirkətlərinin hərbi dəniz qüvvələri sərgisində iştirakına qoyduğu qadağa yəhudi dövlətinin Qəzza zolağında və Livanda apardığı hərbi əməliyyatlarla bağlıdır.