"Reuters"in yaydığı
məlumata görə, Ostin ölkəsinin ABŞ-də keçiriləcək prezident seçkiləri ərəfəsində Kiyevi dəstəkləməyə sadiq olduğunu nümayiş etdirmək niyyətindədir.
Amerikanın “The Wall Street Journal” qəzeti isə
yazıb ki, Pentaqon rəhbəri Ukraynanın müdafiəsini gücləndirməyi müzakirə edəcək. Amma o, Kiyevə Rusiyanın dərinliklərinə uzaqmənzilli silahlarla zərbələr endirməyə icazə verməyəcək.
“Ostin bazar ertəsi Kiyevə ABŞ-nin Ukraynanın müharibədə qələbə səylərinə ciddi şəkildə sadiq olması mesajı ilə gəlib. Lakin o, heç bir yeni hərbi yardım və ya Rusiya ərazisinə qarşı uzaqmənzilli raketlərdən istifadə icazəsindən söz açmayacaq”, - nəşr yazıb.
Tural Tağıyev
AzVision.az