Hakan Fidan Gülənin ölümünü təsdiqlədi

Hakan Fidan Gülənin ölümünü təsdiqlədi
  21 Oktyabr 2024    Oxunub:741
Türkiyənin xarici işlər naziri Hakan Fidan FETÖ lideri Fətullah Gülənin ABŞ-də öldüyünü təsdiqləyib.
Türkiyə XİN-in sosial media hesabında yayılan məlumata görə, bu barədə o, Ankarada ukraynalı həmkarı Andrey Sibiqa ilə danışıqlardan sonra bildirib.

Nazir xüsusi xidmət orqanlarındakı mənbələrin bu məlumatı təsdiqlədiyini vurğulayıb.

"Bu qaranlıq təşkilatın lideri ölüb. Biz terrorizmə qarşı mübarizədə qətiyyət göstərməyə davam edəcəyik.

Bu xəbər bizi zəiflətməyəcək və özündən razılığa gətirməyəcək", - deyə Fidan qeyd edib.

O, FETÖ-nü gəncləri cəlb edən və müqəddəs dəyərlərə xəyanət edən bir maşın adlandırıb.
AzVision.az



Teqlər:





Xəbər lenti