Azay Quliyev Özbəkistandakı ATƏT müşahidəçilərinə rəhbərlik edəcək
ATƏT PA-nın yaydığı məlumatda deputatımızdan sitat gətirilir: "Bu seçkilər Özbəkistanın demokratik inkişafında əlamətdar məqamdır. Yeni qarışıq seçki sisteminin tətbiqi ilə konstitusiya və seçki islahatlarından sonra Özbəkistan əsaslı dəyişikliklərə doğru gedir. Bizim missiyamız təkcə bu seçkilərin qanunvericilik bazasını deyil, həm də onun demokratik ruhunun təcrübədə necə əks olunmasını müşahidə etməkdir”,- deyə xüsusi koordinator Quliyev bildirib.
Azay Quliyev daha sonra qeyd edib ki, "Müşahidəçilər kimi bizim vəzifəmiz seçki prosesinin şəffaflığını və ədalətliliyini təmin edilməsi baxımından obyektiv və ətraflı qiymət verməkdir. Biz qərəzsizlik və Özbək xalqının iradəsinə hörmətlə bu prosesin şahidi olmaq üçün buradayıq".
“Seçkilər ATƏT-in 1990-cı il Kopenhagen Sənədində əks olunan demokratik öhdəliklərə uyğun olaraq qiymətləndiriləcək. Seçkilərlə bağlı ilkin nəticələr oktyabrın 28-də Daşkənddə keçiriləcək mətbuat konfransında təqdim olunacaq”,- açıqlamada bildirilir.
Teqlər: Özbəkistan Seçki ATƏT