İsrail İrana casusluq etməkdə ittiham olunan 7 Azərbaycan əsilli vətəndaşını həbs edib
Onların casus məlumatları ötürdüyü obyektlər arasında “Ramat David” aviabazası, “Nevatim” aviabazası, “Glilot” və keçən həftə Hizbullahın pilotsuz uçan aparatının hücumu nəticəsində dörd İsrail əsgərinin öldürüldüyü “Qolani” Briqadasının bazası var.
Qeyd edilib ki, casusluqda şübhəli bilinərək həbs edilən şəxslər Azərbaycan əsilli İsrail vətəndaşlarıdır. Onlardan bəzilərinin qohum olduqları, birinin isə hərbi xidmətə getmədiyi vurğulanıb.
AzVision.az
Teqlər: