Bakıya yağan güclü yağış 2 nəfərin ölümünə səbəb olub

 Bakıya yağan güclü yağış  2 nəfərin ölümünə səbəb olub
  22 Oktyabr 2024    Oxunub:612
Bakının Sabunçu rayonu ərazisində yağış sularının tunelə dolması nəticəsində batan iki nəfərdən birinin cəsədi Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən sudan çıxarılıb. Digər şəxsin axtarışları davam edir.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə 1976-cı il təvəllüdlü Elnur Fazil oğlu Şirinovun cəsədi FHN-in əməkdaşları tərəfindən suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hazırda ərazidə suyun çəkilməsi üçün işlər davam etdirilir.
AzVision.az



Teqlər: Cəsəd  





Xəbər lenti