Ukraynanın NATO-ya qəbul olmasını istəməyənlər

   Ukraynanın NATO-ya qəbul olmasını istəməyənlər
  24 Oktyabr 2024    Oxunub:260
Şimali Atlantika Alyansının 7 üzvü Ukraynanın NATO-ya daxil olmasına qarşı çıxır.
AzVision.az “Politico” nəşrinin yaydığı məlumata istinadən xəbər verir ki, Ukraynanın NATO-ya qəbulu ideyasına qarşı çıxan ölkələrin önündə Rusiya ilə birbaşa müharibəyə cəlb edilməkdən qorxan, amma Kiyevin ən böyük tərəfdarlarından olan ABŞ və Almaniya gedirlər.

Eyni zamanda, hökumətləri rusiyayönlü siyasət aparan Slovakiya və Macarıstan da buna qarşıdırlar. Buna qarşı çıxan digər ölkələr isə İspaniya, Belçika və Sloveniyadır.

“Belçika, Sloveniya və ya İspaniya kimi ölkələr ABŞ və Almaniyanın arxasında gizlənirlər. Lakin onlar da bunu istəmirlər”, - NATO rəsmilərindən biri deyib.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: NATO   Ukrayna   ABŞ   Almaniya  





Xəbər lenti