“İştirak edən onlarla liderdən biri digər qonaqlardan fərqli idi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BRİKS sammiti kimi tanınan görüşlərdə iştirak edən NATO ölkəsinin yeganə lideri olub”, - qəzet öz mövqeyini belə əsaslandırıb.
Analitiklər Ərdoğanın özəlliyinin Qərblə Şərq arasında uzun illər apadığı manevrlərin nəticəsi olduğunu vurğulayırlar.
- Türkiyə NATO-da strateji tərəfdaş olaraq qalır və Ukraynaya güclü silahlar satır, lakin Qərbin Moskvaya qarşı sanksiyalarına qoşulmaqdan imtina edib və Rusiya ilə ticarəti artırıb”, - NYT yazır.
“Brukings” institutunun tədqiqatçısı Asli Aydıntaşbaş qəzetə verdiyi şərhdə bunu Ərdoğanın müxtəlif dövlətlərlə əməkdaşlığa hazır olması və ABŞ-nin tənəzzülü fonunda Türkiyənin yeni çoxqütblü dünyada sağ qalmağa can atması ilə izah edib.
“Bu, mürəkkəb bir münasibətdir və bu, əlbəttə ki, nigah deyil. Türkiyə və Rusiya həm dost, həm də rəqibdirlər və bu tarazlığı idarə etmələri Ərdoğanın Putinlə şəxsi münasibətindən keçir”, - analitik deyib.
BRİCS: Alternativ inkişaf platforması | TƏHLİL |
Sahil İsgəndərov
AzVision.az