Ottava miqrantlarla bağlı siyasətini dəyişməyə hazırlaşır

Ottava miqrantlarla bağlı siyasətini dəyişməyə hazırlaşır
  24 Oktyabr 2024    Oxunub:293
Kanada hakimiyyəti miqrant axını üçün illik kvotaları ən azı 20% azaltmaq niyyətindədir.
AzVision.az Kanadanın “CTV” telekanalına istinadən bildirir ki, planlaşdırılan dəyişikliklərlə bağlı ölkənin baş naziri Castin Trüdonun bu gün axşam daha ətraflı məlumat verəcəyi gözlənilir.

Dünən səhər saatlarında “Global News” agentliyi bir neçə hökumət mənbəsinə istinadən Ottavanın tezliklə yeni gələnlərin sayını azaltmaq üçün ölkənin immiqrasiya sistemində əsas dəyişiklikləri elan edəcəyini bildirib. Onların fikrincə, söhbət ilk növbədə yaxın bir neçə ildə miqrantların sayının azalmasından gedir.

Qeyd edək ki, əvvəllər mühacirlərə münasibətdə, demək olar ki, “açqı qapı” siyasəti həyata keçirən bir sıra aparıcı Qərb ölkələri, son zamanlar mühacirlərin axını ilə bağlı prosedurları sərtləşdirməyə başlayıblar. Belə siyasət, ilk növbədə, ölkəyə gələn miqrantların sayının azaldılması müstəvisində öz təsdiqini tapır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Kanada   miqrantlar   kvota  





Xəbər lenti