Moldovada MSK Avropaya inteqrasiya üzrə referendumun nəticələrini təsdiqləyib

Moldovada MSK Avropaya inteqrasiya üzrə referendumun nəticələrini təsdiqləyib
  25 Oktyabr 2024    Oxunub:822
Moldova Mərkəzi Seçki Komissiyası Avropaya inteqrasiya üzrə referendumun nəticələrini təsdiqləyib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Alınan və təsdiq edilən nəticələrə görə, referendumda seçicilərin 50,72 faizi iştirak edib ki, bu da onun etibarlı hesab edilməsinə imkan verir”, - MSK qeyd edib.

Bildirilib ki, referendumda seçicilərin 749 719-u müsbət, 739 155-i mənfi rəy verib.

AzVision.az



Teqlər:





Xəbər lenti