Şolts Hindistana səfər edib

Şolts Hindistana səfər edib
  25 Oktyabr 2024    Oxunub:723
Almaniya kansleri Olaf Şolts Hindistanın Baş naziri Narendra Modi ilə görüşmək üçün Yeni Dehliyə gedib.
AzVision.az xəbər verir ki, Modi bu haqda “X” hesabında məlumat yayıb.

Baş nazir paylaşımında “Bu dünyada Hindistan və Almaniya kimi müttəfiqlərə ehtiyacımız var” sözlərini yazıb.

Dövlət rəsmiləri ikitərəfli görüşlərin ardınca mətbuata birgə bəyanatlarla çıxış ediblər.

Qeyd edək ki, bu, Şoltsun 2021-ci ildən etibarən bu ölkəyə üçüncü səfəridir.

AzVision.az



Teqlər:





Xəbər lenti