İsrail İranın hərbi obyektlərinə zərbələr endirib

   İsrail İranın hərbi obyektlərinə zərbələr endirib
  26 Oktyabr 2024    Oxunub:480
İsrail hərbçiləri İranın paytaxtı Tehranda hərbi obyektlərə zərbələr endirib.
Bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri İranın raket istehsalı müəssisələrinə zərbələr endirib. Ölkənin silahlı qüvvələrinin rəsmi nümayəndəsi Daniel Hagari bildirib ki, İran regionda vəziyyətin gərginləşməsinin yeni mərhələsinə başlayacağı təqdirdə İsrail Ordusu cavab verməyə məcbur olacaq.

İran tərəfinin açıqlamasında Tehran və onun ətrafında baş verən hər hansı insidentlə bağlı müraciətlərin olmadığı bildirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti