Gürcüstanda parlament seçkiləri keçirilir

 Gürcüstanda parlament seçkiləri keçirilir
  26 Oktyabr 2024    Oxunub:478
Gürcüstanda parlament seçkiləri başlayıb.
Ölkə ərazisindəki 3111 seçki məntəqəsi səsvermə üçün açılıb. Bunlardan 3044-ü Gürcüstandadır. Qalan 67-si isə xarici ölkələrdədir. Bu seçkilərdə 3 508 294 seçici səs verə biləcək. Onlardan 3 113 747 nəfəri elektron texnologiyalardan istifadə etməklə öz seçimini edəcək.

Bu il 135 922 nəfər ilk dəfə səs verəcək. Seçicilərin 95 min 910 nəfəri xarici ölkələrdə səs verəcəklər. Səsvermə saat 20:00-da başa çatacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti