"Şərq cəbhəmiz artıq dağılıb" - Ukraynalı general

 "Şərq cəbhəmiz artıq dağılıb"    - Ukraynalı general
  29 Oktyabr 2024    Oxunub:852
"Donetsk vilayətində Ukrayna cəbhəsi artıq dağılıb".
Bunu Ukrayna Silahlı Qüvvələrinin general-mayoru Dmitri Marçenko ictimai xadim və siyasətçi Borislav Berezaya müsahibəsində deyib.

Borrel: “Ukrayna müharibəsi ikinci plana keçib”
“Hamımız bilirik ki, cəbhə bizim tərəfdən dağılıb. Bunu deməklə hərbi sirr açmıram. Çox təəssüf ki, “orklar” (Ukraynalılar rusları işğalçı hücuma görə belə adlandırırlar-red.) artıq Selidovoya daxil olublar. Məncə, yaxın vaxtlarda onu əhatəyə alıb Selidovonu tamamilə ələ keçirəcəklər ki, bu da onlara Pokrovska taktiki çıxış imkanı verəcək”, - deyə Marçenko vurğulayıb.

General həmçinin Kiyevin niyə belə bir ağır duruma düşməsinin səbəbini də izah edib.
“Birincisi, sursat və silah çatışmazlığı var. İkincisi, insan amiliDİR. Artıq canlı qüvvə yoxdur, insanlar xeyli tükəniblər. Üçüncüsü isə idarəçilikdə balanssızlığın olmasıdır. Yəni mən deyərdim ki, hazırda baş verənlər qətiyyən belə olmamalı idi...”, – Marçenko gileylənib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   General  





Xəbər lenti