İspaniyada daşqın qurbanlarının sayı artdı - FOTOLAR

      İspaniyada daşqın qurbanlarının sayı artdı    -    FOTOLAR
  30 Oktyabr 2024    Oxunub:1037
İspaniyanın cənub-şərqində yerləşən Valensiya vilayətində güclü yağışlar daşqınlara səbəb olub.
AzVision.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “Deutsche Welle” portalı məlumat verib. Təbii fəlakət nəticəsində azı 62 nəfər həlak olub.

Daşqın səbəbindən yolları su basıb, bir neçə bölgə ilə əlaqə kəsilib. Bununla yanaşı, elektrik enerjisi və rabitə verilişində problemlər yaranıb.

Eyni zamanda, əlverişsiz hava şəraiti səbəbindən Malaqada içərisində 300 sərnişin olan sürət qatarı relsdən çıxıb. Hadisə zamanı xəsarət alan olmasa da, Valensiya və Madrid arasında sürət qatarlarının hərəkəti dayandırılıb.

Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.

Meteoroloqların proznoqlarına əsasən, əlverişsiz hava şəraiti oktyabrın 31-nə qədər davam edəcək.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti