ABŞ-də seçki kampaniyasına 14,7 milyard dollar xərclənib - "Bloomberg"

   ABŞ-də seçki kampaniyasına 14,7 milyard dollar xərclənib    - "Bloomberg"
  01 Noyabr 2024    Oxunub:278
ABŞ Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris və keçmiş prezident Donald Trampın (Respublikaçı namizəd-red.) seçki kampaniyası zamanı təxminən 14,7 milyard dollar xərclənib.
Bu barədə Bloomberg agentliyi ABŞ Federal Seçki Komissiyasına istinadən məlumat yayıb.

"Mənə Rusiyanın dostu deyənlər xəstədirlər!" - Tramp
Seçki komissiyasına görə, 2024-cü il seçki tsiklində bu cür vəsaitlər namizədlər, partiyalar və müxtəlif siyasi fəaliyyət komitələri tərəfindən, prosesdə maraqlı olan təşkilatlar tərəfindən xərclənib. Xüsusən də Elon Maskın dəstək kampaniyası xatırladılıb. Siyahıda ümumilikdə 11 min “siyasi qrup” yer alıb.
Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ  





Xəbər lenti