Medvedev yenə nüvə silahı ilə təhdid etdi

   Medvedev yenə nüvə silahı ilə təhdid etdi
  02 Noyabr 2024    Oxunub:266
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Rusiya öz varlığını nüvə silahı ilə müdafiə etməyə hazır olacaq.
AzVision.az xəbər verir ki, bu barədə "TASS" informasiya agentliyi məlumat yayıb.

Medvedev Rusiya televizoyasına müsahibəsində deyib ki, Amerikanın dərin dövləti nədənsə rusların heç vaxt müəyyən xətti keçməyəcəyinə inanırlar. “Onlar səhv edirlər. Ölkəmizin prezidentinin dəfələrlə dediyi, sizin təvazökar bəndənizin dediyi, başqalarının dediyi dövlətimizin varlığından danışırıqsa, təbii ki, bizim sadəcə olaraq seçimimiz qalmayacaq. Nüvə ölkəsinin prezidenti vəzifəsinə başlayan hər bir şəxs mahiyyətcə ölkəni sona qədər müdafiə etmək öhdəliyini üzərinə götürür. Bu, Rusiya Federasiyasına da aiddir”, - Medvedev bildirib.

Onun sözlərinə görə, bu məsələdə "həm ABŞ-da, həm də Avropada mövcud siyasi isteblişment, məsələn, (Henri) Kissincerin sahib olduğu düşüncə və incəlikdən məhrumdur."

AzVision.az




Teqlər:





Xəbər lenti