Litva Rusiya vətəndaşlığı olanları orduya buraxmayacaq

Litva Rusiya vətəndaşlığı olanları orduya buraxmayacaq
  04 Noyabr 2024    Oxunub:419
İkili vətəndaşlığı olan ruslar, belaruslar və ya çinlilər Litva sakini kimi hərbi xidmətə qəbul edilməyəcəklər.
Bu barədə BNS agentliyi məlumat yayıb.
Qeyd edilib ki, bununla bağlı müvafiq qanun layihəsi Litvanın Müdafiə Nazirliyi və Seymin (Parlament) Milli Təhlükəsizlik və Müdafiə Komitəsi tərəfindən hazırlanıb.

“Belə şəxslər hərbi xidmətə qəbul edilməməlidir. Xidmət zamanı Rusiya, Belarus və ya Çin vətəndaşlığını alanlar isə ordudan xaric edilməlidir”, - Müdafiə naziri Laurinas Kascyunas məsələ ilə bağlı bildirib.

Qanun layihəsinə əsasən, Rusiya Federasiyası, Belarus və Çin Litvanın milli təhlükəsizliyini təhdid edən dövlətlər sayılırlar. Ona görə də onlarla qurulan münasibətlər hərbi personal üçün risk faktorudur. Litva hərbi hökuməti artıq bu ölkələrə qeyri-işgüzar məqsədlarla səfər etməyi belə qadağan edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti