"ABŞ-də seçki qarışıqlığı Cənubi Qafqaza təsirsiz ötüşməyəcək"

  "ABŞ-də seçki qarışıqlığı Cənubi Qafqaza təsirsiz ötüşməyəcək"
  04 Noyabr 2024    Oxunub:454
"ABŞ-də seçkilərin ardınca mümkün qarışıqlıq və daxili problemlər nəticəsində Vaşinqtonun Cənubi Qafqaza diqqəti zəifləyə, nəticədə regionda təhlükəsizlik boşluğu yarana bilər".
Bu sözləri "Sputnik Armenia"ya açıqlamasında erməni politoloq Suren Surenyants deyib. O vurğulayıb ki, "seçkilər başa çatanda qarışıqlıq yaranması Cənubi Qafqaza təsirsiz ötüşməyəcək".

"Belə bir qarışıqlığın qopması mümkündür. Çünki ABŞ cəmiyyəti tarixən heç vaxt indiki kimi qütbləşməyib. Əminliklə deyə bilərik ki, məğlub namizəd seçkinin nəticələrini tanımayacaq", - politoloq bildirib.

Onun sözlərinə görə, Vaşinqtonun regiona diqqəti hər halda, yəni istər Donald Tramp, istərsə də Kamala Harisin qələbə çalacağı təqdirdə azalacaq:

"Çünki, göründüyü kimi, region artıq ABŞ-nin prioritetləri sırasında deyil".

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Cənubi-Qafqaz   seçkilər   nəticə  





Xəbər lenti