“Google” Ukraynada hərbi obyektlərin yerlərini göstərib

   “Google” Ukraynada hərbi obyektlərin yerlərini göstərib
  04 Noyabr 2024    Oxunub:350
Ukrayna ərazisinin peyk şəkillərini yeniləyən“Google Maps” xidməti bu ölkədəki hərbi obyektlərin yerlərini açıqlayıb.
AzVision.az xəbər verir ki, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə mərkəzinin rəhbəri Andrey Kovalenko belə payıaşım edib.

“Vəziyyəti təsəvvür edin. “Google” hərbi sistemlərimizin yerini göstərən xəritələrdə yenilənmiş şəkilləri yerləşdirir (dəqiqləşdirməyəcəyəm). Bunu tez bir zamanda düzəltmək üçün onlarla əlaqə saxlayırıq, lakin onların istirahət günləridir. Bunun hayında deyillər”, - Andrey Kovalenko öz Telegram-kanalında yazıb.

Onun sözlərinə görə, Rusiya tərəfi artıq “Google Maps”ın yerləşdirdiyi şəkilləri “aktiv şəkildə yaymağa” başlayıb. Xüsusilə Z-kanalları Ukrayna hərbi obyektlərinin skrinşotlarını dərc edib. Yenilənmiş xəritələrə görə, hava hücumundan müdafiə (HHM) sistemlərinin yerləşdirildiyi Kiyevdəki “Julyanı” hava limanına diqqət yetirdilər.

Telegram-kanallar həmin sistemləri “Patriot” zenit-raket kompleksləri (ZRK) kimi identikləşdirib. “Google Earth” xidmətinə görə, yeni şəkillər ötən il sentyabr 28-də çəkilib. Belə ki, 2022-ci ilin aprelinə təsadüf edən köhnə bir fotoşəkildə indi HHM sistemlərinin olduğu yerdə açıq sahə var idi. Bundan başqa, “Google Maps” servisində Xmelnitski vilayətindəki “Starokonstantinov” hava limanının peykdən çəkilmiş şəkli peyda olub, orada təyyarələr, anqarlar və digər obyektlər göstərilib.

- Ukrayna hakimiyyəti ilə əlaqə saxlayan “Google” şirkətinin nümayəndələri artıq vəziyyəti düzəldirlər. Gələcəkdə hər hansı bir problemin operativ şəkildə necə həll olunacağı barədə də danışacağıq”, - ukraynalı məmur bildirib.

Qeyd edək ki, “Google” özünün xəritəçəkmə xidməti üçün əsas müştəriləri ABŞ-nin kəşfiyyat agentlikləri - Milli Kəşfiyyat İdarəsi (MKİ) və Milli Yer Məkan-Kəşfiyyat Agentliyi (NGA) olan Amerikanın “Maxar” kosmik şirkətinin şəkillərindən istifadə edir. Ukraynada müharibə başlayandan sonra onlar Ukrayna ərazisinin peyk şəkillərinin alınmasını iki dəfədən çox artırıblar.

Eyni zamanda, peyk çatışmazlığı barədə məlumat verən “Maxar” ABŞ kəşfiyyat orqanlarının tələbini ödəmək üçün orbitə əlavə qurğular çıxarmaq planlarını açıqlayıb.
Bununla yanaşı, “Google” Rusiya ordusunun genişmiqyaslı müdaxiləsindən sonra Ukraynada xəritəçəkmə xidmətində bəzi elementləri sıradan çıxarırdı. Xüsusilə, müxtəlif ictimai yerlərdə yüklənmələr və tıxaclar barədə real vaxt rejimində məlumat almaq imkanı ləğv edilib. “Google” şirkəti bu addımın “yerli icmaların təhlükəsizliyi üçün” atıldığını bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   "Google"   obyektlər   şəkillər  





Xəbər lenti